13:24 26-12-2014
news_image
339
DİGƏR NÖVLƏR

Sabah bayram yürüşüdü - FOTO

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan Velosiped İdmanı Federasiyası (AVİF) "SharkHead" velosipedçilər klubu ilə birlikdə sabah həvəskarlar üçün "Critical X-Mass Baku" yürüşü keçirəcək.

 

Veloyürüş saat 15:00-da Azadlıq meydanından (Hökumət Evinin qarşısı) start götürəcək. İştirakçılar şəhər küçələri ilə 18 km məsafə qət edəcəklər və yürüş elə başladığı yerdə sona çatacaq. Tədbir yekunlaşdıqdan sonra isə kiçik yaşlı uşaqlara federasiya tərəfindən yeni il hədiyyələri təqdim olunacaq.

 

AVİF bütün velosiped həvəskarlarını yürüşə dəvət edir və bayram sevincini birgə yaşamağa çağırır.