21:01 26-12-2014
news_image
231
DİGƏR NÖVLƏR

Sərginin müddəti uzadıldı - FOTOSESSİYA

“Velosiped idmanı gənc rəssamların gözü ilə” mövzusunda rəsm, heykəl və dekorativ sənət əsərləri üzrə keçirilən müsabiqəyə təqdim edilən əl işlərinin "Park Bulvar" AVM-də sərgisi davam edir. Apasport.az saytının məlumatına görə, müsabiqə Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən Bakı Şəhər Gənclər və İdman İdarəsi və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Tələbə Gənclər Təşkilatı ilə birlikdə velosiped idmanının inkişafına töhfə vermək məqsədilə keçirilib.

 

Dekabrın 24-də mükafatlandırma mərasimi keçirilən müsabiqəyə təqdim edilən əsərlərə maraq olduqca böyükdü. "Park Bulvar" AVM-də təşkil edilən sərginin əvvəlcədən 3 gün davam etməsi planlaşdırılsa da, ticarət mərkəzinin rəhbərliyi insanların marağını nəzərə alaraq sərginin daha bir neçə gün davam etməsi təklifi ilə AVİF-ə müraciət edib.

 

Tərəflərin razılığı ilə, sənət əsərləri sərgisinin yanvarın 1-dək uzadılması qərara alınıb.