13:31 29-12-2014
news_image
3040
TOP OYUNLARI

“Azəryol”un voleybolçusu: Əgər yanan şamla gəzirsənsə... - MÜSAHİBƏ

“Azəryol”un bolqarıstanlı voleybolçusu Straşmira Filipova vətənində müsahibə verib. Apasport.az saytının məlumatına görə, 29 yaşlı təcrübəli oyunçu həmkarımızla Milad bayramından danışaraq, son 8 ildə xoş gününü ilk dəfə ailəsi ilə keçirdiyini deyib.

 

- Milad bayramı sizin üçün nə ilə əlamətdardı?

- Milad gözəl bayram günüdü. Xüsusilə, əgər yanan şamla gəzirsənsə, belədə sən özünü qarşıdakı bayram eyforiyasının daha içində hiss edirsən. Sevinirəm ki, Bolqarıstandakı əksər adamlarda bu hiss var. Onların 2014-cü ili təbəssümlə xatırlayacaqlarına ümid edirəm. Baxmayaraq ki, 2014-cü ildə xoşagəlməz hadisələr də az olmayıb. Mən daşqınlar zamanı xeyli insanın öldüyünü nəzərdə tuturam.

 

- Məzuniyyətinizi harada və necə keçirirsiz?

- Xoşbəxtlikdən mənim bu il vətənə 4 günlük vətənə dönmək imkanım yarandı. Bu müddəti ailəm və itimlə keçirəcəyəm. Mən onları 4 aydan çoxdu görmürdüm. Vətəndə onların yanında olmağımı səbirsizliklə gözləyirdim.

 

- Milad peşəkar karyeranızda nələrlə yadda qalıb?

- Son 8 ildə yalnız 1-ci dəfə bu bayramı evimdə keçirdim. Milada qədər müxtəlif hisslər yaşamışıq. Dünya çempionatının təsnifat mərhələsi, digər yarışlar, təlim-məşq toplanışları... Əvvəllər Rusiyada oynamışam, lakin onlarda bayramı yanvarın 7-də qeyd edirlər. Bu səbəbdən Milad gününü evdə keçirə bilmirdim. Düşünürəm ki, həmin bayramları mənim üçün itirilən saymaq olar.

 

- Ailənizdə bayramla bağlı hansısa xüsusi bir ənənə yaşanırmı? Yəni, hər il etdiyiniz nəsə varmı?

- Deməzdim ki, özümüzəməxsus nəsə edirik. Amma yaxınlarıma hədiyyə verməyi çox sevirəm. Əlbəttə ki, dostlarımla dadlı yeməklər yeməkdən xoşum gəlir.