09:02 30-12-2014
news_image
309
TOP OYUNLARI

20 illik fasiləyə son - FOTO

Qadın voleybolçular arasında Rusiya kubokunun qalibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, gərgin keçən “Altılar finalı”nı Krasnodarın “Dinamo” klubu qazanıb.

 

CEV kubokunda “Lokomotiv”in rəqibi olan komanda həlledici görüşdə “Omiçka”nı məğlub edib – 3:2 (26:28, 25:22, 25:22, 19:25, 15:11). Üçüncü yer uğrunda görüşdə isə Moskva “Dinamo”su güclü olub. Onlar Çempionlar Liqasında “Rabitə” ilə eyni qrupda yer alan Kazan “Dinamo”sunu üstələyiblər – 3:1 (25:16; 25:15; 18:25; 25:13).

 

Qeyd edək ki, bu, krasnodarlıların Rusiya kubokunda ikinci uğurudu. Onlar ilk dəfə analoji yarışın qalibi adına 20 il öncə - 1994-cü ildə sahib olmuşdu.