13:09 03-01-2015
news_image
393
TOP OYUNLARI

“Bu kuboku qazanmaq iddiasındayıq”

“Bu turnirdə 4 böyük komanda mübarizə aparır. Bu üzdən hər qarşılaşma çox çətin olacaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri qadın voleybolçulardan ibarət “Vakıfbank” klubunun baş məşqçisi Covanni Quidetti deyib.

 

Türkiyə təmsilçisinin italiyalı çalışdırıcısı Antalyada start götürən 1-ci Qloriya kubokunun açılış oyunu öncəsi fikirlərini açıqlayıb. Bugünkü matçda Bakı “Azəryol”u ilə görüşən türkiyəlilərin çalışdırıcısı iddialı danışıb: “Vakıfbank” həmişə kubok üçün mübarizə aparıb. Biz hər oyuna qələbə üçün çıxırıq. Elə bu üzdən Qloriya kubokunu da qazanmaq iddiasındayıq”.