23:06 03-01-2015
news_image

“Azəryol” Türkiyə klubuna uduzdu

Bu gün Türkiyənin Antalya şəhərində qadın voleybolçular arasında təşkil olunan I Qloriya kuboku start götürüb. Apasport.az saytının məlumatına görə, 4 komandanın mübarizə apardığı yarışda Azərbaycanın “Azəryol” klubu da ilk görüşünü keçirib.

 

Qonşu ölkədə 2015-ci ildə ilk sınağına çıxan Bakı təmsilçisi Türkiyə “Vakıfbank”ı ilə qarşılaşıb. 1 saat 54 dəqiqə davam edən görüşdə komandamız məğlub olub.

 

Düzdü, “Azəryol” ilk setə yaxşı başlayaraq, hissəni qalib tamamlayıb - 20:25. Lakin digər setlərdə “Azəryol” rəqibinə uduzub.

 

Beləliklə, “Vakıfbank”a 3:1 hesabı ilə məğlub olan Aleksandr Çervyakovun yetirmələri turnirə uğurzuz başlayıb.