01:38 04-01-2015
news_image
314
TOP OYUNLARI

“Azəryol”un rəqiblərindən “Volero” qalib gəldi

Türkiyənin Antalya şəhərində qadın voleybolçular arasında təşkil olunan I Qloriya kuboku davam edir. Apasport.az saytının məlumatına görə, 4 komandanın mübarizə apardığı yarışda növbəti oyunlar keçirilib.

 

Belə ki, Sloveniya “Maribor”u ilə İsveçrənin “Volero” klubu üz-üzə gəlib. Sürix təmsilçisi görüşdən 3:2 (25:20; 21:25; 30:28; 23:25; 15:7) hesablı qələbə ilə ayrılıb.

 

Qeyd edək ki, turnirin açılış matçında Azərbaycanın “Azəryol” klubu yerli komanda “Vakıfbank”la qarşılaşıb. Təmsilçimiz 3:1 hesabı ilə uduzub. Bu gün isə Aleksandr Çervyakovun yetirmələri “Volero”nu, “Vakıfbank” “Maribor”u sınağa çəkəcək.