09:57 05-01-2015
news_image
319
TOP OYUNLARI

Millimizin oyunçusunu “Azəryol”un sabiq baş məşqçisi də sevindirmədi

Qadın voleybolçular arasında İtaliya A seriyasında XII turun oyunları baş tutub. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində Azərbaycan millisinin blokçusu Anna Nazarenkonun şərəfini qoruduğu “Forli” “Modena”nı qəbul edib.

 

Qarşılaşma təmsilçimizin komandası üçün uğursuz alınıb. Nazarenkonun 1 xal belə qazana bilmədiyi görüşdə “Forli” 0:3 (21:25, 12:25, 18:25) hesabı ilə uduzub.

 

XII turdan sonra aktivində 4 xalı olan Annanın komandası yenə 11-cidi.

 

Qeyd edək ki, “Modena” ilə qarşılaşmada “Forli” meydana “Azəryol”un sabiq baş məşqçisi Ancelo Vercesinin rəhbərliyi altında çıxıb.