10:37 05-01-2015
news_image
1672
TOP OYUNLARI

"Bu şəhərlə bağlı hər şeyi sevirəm" - MÜSAHİBƏ

Azərbaycan millisinin voleybolçusu Natalya Məmmədova xarici mətbuata müsahibə verib. Apasport.az saytının məlumatına görə, “Volero”nun heyətində hazırda Türkiyədə “Qloriya kuboku”nda iştirak edən təcrübəli hücumçumuz ötən ili səhifələyərək, özünü Sürix klubunda xoşbəxt hiss etdiyini deyib.

 

- 7 ildən sonra uğurlu mövsüm keçirdiyiniz “Volero”ya qayıtdız. Sürixə dönməyiniz sizdə hansı hissələri oyatdı?
- Mən burada özümü evimdə olduğu kimi hiss edirəm. Bu komandanı, bu şəhərlə bağlı hər şeyi sevirəm.


- “Volero”ya gəlincə “Omiçka”da çıxış edirdiz. Rusiya klubunda oynadığınız 2 il barədə fikirləriniz necədi?

- Çətin dövr adlandırardım.


- Nə uçun? Bunu klubla aranızda yaranan maliyyə probleminə görə dediz?

- Çünki ora Rusiyadı (gülür). “Omiçka” mənə olan borcunun hamısını ödədi. Yəni, maliyyə məsələsi səbəb deyil. Rusiya böyük ölkədi və orada daha çox oyunlar keçirilir. Bu isə çoxsaylı səyahətlər deməkdi... Bunlara baxmayaraq, arxaya boylandıqda və Rusiyadakı günlərimi xatırladıqda yaxşı zaman keçirdiyimi deyə bilərəm.

 

- Az öncə başa çatan Rusiya kubokunun finalında “Omiçka”nın Krasnodar “Dinamo”su (2:3) ilə görüşünü izlədizmi?
- Əlbəttə, baxdım və sabiq komandama dəstək oldum. Klubdan ayrılmağıma baxmayaraq, oradakı voleybolçular və məşqçilərlə yenə də əlaqələr var. Onların hər biri ilə yaxşı münasibətimizin də olduğunu deməliyəm.  

 

- “Volero”da əsas hədəfləriniz nə olacaq?

- Əsas məqsədimiz klublararası dünya çempionatını qazanmaqdı. Həmçinin, Çempionlar Liqasında “Dördlər finalı”na yüksəlməyi hədəfləmişik.