09:00 06-01-2015
news_image
310
TOP OYUNLARI

“Telekom”dan inamlı qələbə

Qış fasiləsindən səmərəli istifadə edən “Rabitə” və “Telekom” yoxlama matçına çıxıblar. Apasport.az saytının məlumatına görə, son illərin dəyişməz Azərbaycan çempionu oyun praktikasını artırmaq üçün ikinci komandasını sınağa çəkib.

 

Qarşılaşmada “Rabitə”nin asan qələbə qazanacağı gözlənilsə də, tam əksi baş verib. Əsasını perspektivli gənclər təşkil edən Eldar Yusubovun komandası rəqibinə ciddi müqavimət göstərərək, ardıcıl 4 setdə onlardan güclü olub.

 

0:4 hesabından sonra razılaşmaya əsasən klublar daha 1 hissə oynayıblar. “Telekom”un ehtiyat oyunçulara güvəndiyi setdə Dejan Brdjoviçin yetirmələri üstün olublar.

 

Qeyd edək ki, Çempionlar Liqasında Çexiya “Agel”i (15 yanvar) ilə oyuna hazırlaşan “Rabitə” daha öncə Super Liqada “Lokomotiv”lə münasibətinə aydınlıq gətirəcək.