10:07 06-01-2015
news_image
332
TOP OYUNLARI

“Fənərbaxça” Bakı klubuna şans vermədi

Türkiyədə təlim-məşq toplanışında olan Bakının “Lokomotiv” voleybol klubu ilk yoxlama matçını keçirib. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular” “Azəryol”un Çempionlar Liqasında rəqibi olan “Fənərbaxça” ilə üz-üzə gəliblər.

 

Matç təmsilçimiz üçün uğursuz alınıb. Oyunun ikinci hissəsində “Lokomotiv” status-kvonu bərpa etsə də, məğlubiyyətdən qaça bilməyib – 1:3 (21:25, 25:23, 16:25, 20:25).

 

Qeyd edək ki, bu gün “Beşiktaş”la oynayacaq “Lokomotiv” sabah “Qalatasaray”la qarşılaşacaq.