14:25 06-01-2015
news_image
332
TOP OYUNLARI

Rəqiblərimizdən asan qələbələr

Qadın voleybolçular arasında Rusiya Superliqasında IX turun oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, bu gün başa çatacaq turda Azərbaycan klublarının rəqibləri də meydana çıxıb.

 

Belə ki, Çempionlar Liqasında “Rabitə” ilə eyni qrupda yer alan Kazan “Dinamo”su “Leninqradka”nı qəbul edib. Matç ev sahiblərinin qələbəsi ilə yekunlaşıb – 3:1 (25:17, 25:14, 23:25, 25:14).

 

CEV kubokunun 1/4 finalında “Lokomotiv”lə oynayacaq Krasnodar “Dinamo”su da turu 3 xalla başa vurub. Onlar “Voronej”i “quru hesabla” məğlub ediblər – 3:0 (25:15, 25:13, 25:21).

 

Qeyd edək ki, bu oyunlardan sonra Kazan təmsilçisi birinci pillədəki yerini qoruyub. Aktivində 24 xalı olan “Dinamo” izləyicisi olan krasnodarlı həmklublarını 2 xal qabaqlayırlar.