15:38 07-01-2015
news_image
635
TOP OYUNLARI

Bakı klubu “Qalatasaray”a divan tutdu

Türkiyədə hazırlığını davam etdirən Bakının “Lokomotiv” voleybol klubu bu gün son yoxlama matçına çıxıb. Apasport.az saytının məlumatına görə, Teon Buijsin yetirmələri “Qalatasaray”la qarşılaşıblar.

 

İstanbulda, Burhan Fələk Voleybol Salonunda baş tutan matç Bakı təmsilçisinin darmadağını ilə yekunlaşıb. Super Liqamızın liderlərindən olan “Lokomotiv” əvvəlki 2 görüşdəki məğlubiyyətin revanşını məhz “sarı-qırmızılar”dan alıb – 3:0 (25:11; 25:22; 26:24).

 

Komanda sabah Bakıya qayıdacaq.

 

Qeyd edək ki, “Lokomotiv” “Qalatasaray”dan öncə “Vakıfbank”a 1:3, “Beşiktaş”a 2:3 hesabı ilə uduzmuşdu.