11:36 08-01-2015
news_image
317
FUTBOL

Vladimir Levinin karyerası sual altındadı

“Qəbələ”nin müdafiəçisi Vladimir Levin karyerasını bitirə bilər. Apasport.az saytının məlumatına görə, ukraynalı futbolçu uzun müddətdi zədədən əziyyət çəkdiyi üçün futboldan getmək barədə düşünür.

 

Yığmamızın milliləşdirilmiş sabiq üzvü hələ də sağalmadığından, “Qəbələ”nin Antalyadakı toplanışına qatıla bilmir. Onun bu qış komandadan ayrılmaq ehtimalı heç də az deyil. Artıq forma nömrəsi də əlindən alınan 31 yaşlı futbolçu tezliklə sağalmasa, “Qəbələ” ilə yollarını ayıracaq və karyerasını bitirəcək.

 

Qeyd edək ki, Vladimir Levinin “Qəbələ” ilə müqaviləsi mövsümün sonuna qədərdi.