11:48 08-01-2015
news_image
407
TOP OYUNLARI

Azərbaycan çempionu yeni məkanda oynayacaq

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının IX turunun təxirə salınan 1 oyununun başlama saatı və yeri dəyişdirilib. Voleybol Federasiyasından apasport.az saytına verilən məlumata görə, çempionatın liderləri - “Rabitə” ilə “Lokomotiv”in dueli nəzərdə tutulan vaxtdan yarım saat gec başlayacaq.

 

Belə ki, yanvarın 10-da baş tutacaq matç saat 16:30-a keçirilib. Həmçinin, Azərbaycan çempionu rəqibini “Gənclik” Olimpiya Mərkəzində deyil, “Sərhədçi” Olimpiya Mərkəzində qəbul edəcək.

 

Qeyd edək ki, Çempionlar Liqasının oyunlarına "Sərhədçi"də çıxan "Rabitə" bu məkanda mövsümün ilk Super Liqa görüşünü keçirəcək.