
Kişi şahmatçılar arasında Azərbaycan çempionatında III tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, baş tutan qarşılaşmalardan sonra yarışda vahid lider müəyyənləşib.
Belə ki, bu tura kimi hər 2 görüşünü qələbə ilə başa buran Rauf Məmmədovla Zaur Məmmədovun duelində birinci növbəti 1 xalını qazanıb. O, bununla da ən yaxın izləyicisini 1 xal qabaqlayır.
Yığmamızın digər liderlərindən Qədər Hüseynov (2610) isə yenə xal itkisi ilə üzləşib.
III tur
Rauf Məmmədov (2642) – Zaur Məmmədov (2487) – 1:0
Misrətdin İsgəndərov (2405) – Eltac Səfərli (2635) – 0:1
Vasif Durarbəyli (2635) – Loğman Quliyev (2385) – 1:0
Azər Mirzoyev (2549) – Qədər Hüseynov (2610) – 0,5:0,5
Pərviz Qasımov (2517) – Vüqar Rəsulov (2491) – 0:1
İsmayıl Şahəliyev (2273) – Ülvi Bacarani (2494) – 0,5:0,5
Bəhruz Rzayev (2416) – İzzət Kənan (2424) – 0,5:0,5
Vüqar Əsədli (2127) – Nicat Abasov (2530) – 0:1
Elvin Bayramov (2051) – Ülvi Sadıqov (2414) – 1:0
Orxan Abdulov (2342) – Kənan Heydərli (2273) – 0:1
Nurlan Şabanov (2165) – Ürfan Sevdimalıyev (2505) – 1:0
Turnir cədvəli: Rauf Məmmədov – 3 xal; Vasif Durarbəyli, Vüqar Rəsulov, Zaur Məmmədov – hamısı 2 xal...