18:13 10-01-2015
news_image
833
TOP OYUNLARI

"Rabitə" ilə qələbə ilə başlayıb, "Lokomotiv"ə yerini göstərdi - YENİLƏNİB

Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında 2015-ci ilin ilk qarşılaşması keçirilib. Apasport.az saytının məlumatına görə, günün yeganə oyununda son illərin dəyişməz ölkə çempionu “Rabitə” “Lokomotiv”i qəbul edib.

 

IX turdan təxirə salınan görüşdə Çempionlar Liqasındakı təmsilçimiz inamlı qələbə qazanıb. “Rabitə” ilk dövrədəki 2:3 hesablı məğlubiyyəti məhz bu oyunla sığortalayıb, 2015-ci ilə 3 xalla başlayıb.

 

Düzdü, matç “dəmiryolçular” üstünlüyü ilə start götürüb və ilk seti də onlar aktivinə yazıblar. Lakin bundan sonra Dejan Brdjoviçin yetirmələri təşəbbüsü tam ələ alıblar. Onlar növbəti 3 hissədə “Lokomotiv”ə çətin anlar yaşadaraq, asan qələbə qazanıblar.

 

Bununla da Teon Buijsin yetirmələri 1-ci yerə yüksəlmək şansını əldən verərək, 3-cü pilləyə eniblər. Əvəzində “Rabitə” 2-ci pilləni onlardan təhvil alıb. “Azəryol”un liderliyi isə toxunulmaz qalıb.

 

 

10 yanvar

IX turun təxirə salınan oyunu

 

“Rabitə” – “Lokomotiv” - 3:1 (19:25; 25:18; 25:19; 25:20)

“Sərhədçi” Olimpiya Mərkəzi

İlk oyun: “Lokomotiv” – “Rabitə” - 3:2 (25:22; 18:25; 25:23, 21:25, 15:13)

 

Yer

Komanda

O

Q

M

3:0

3:1

3:2

2:3

1:3

0:3

S

T

X

1.

Azəryol

8

6

2

3

2

1

2

0

0

22-10

736-665

19

2.

Rabitə

8

6

2

4

1

1

1

1

0

21-9

707-615

18

3.

Lokomotiv

8

6

2

2

2

2

1

1

0

21-12

742-691

17

4.

Telekom

8

1

7

0

0

1

1

2

4

7-23

598-709

3

5.

Azərreyl

8

1

7

0

0

1

1

1

5

6-23

577-680

3