10:50 10-01-2015
news_image
327
STOLÜSTÜ OYUNLAR

Lider xal itirdi, rəqibləri yaxınlaşdı

Kişi şahmatçılar arasında Azərbaycan çempionatında IV turu başa çatıb. Apasport.az saytının məlumatına görə, gərgin keçən matçlardan sonra görüşlərin çoxunda heç-heçə qeydə alınıb.

 

Belə ki, bu tura kimi xal itirməyən Rauf Məmmədov Vüqar Rəsulovu mat edə bilməyib. “Qaralar”la oynayan millimizin üzvü “sülh”ə razılaşıb.

 

Yığmamızın digər liderləri - Eltac Səfərli (2635) – Vasif Durarbəyli (2635) duelində də qalib müəyyənləşməyib. Zaur Məmmədov üzərində qələbə qazanan Qədir Hüseynov isə bundan məharətlə yararlanaraq, xal fərqini azaldıb.

 

IV tur

Vüqar Rəsulov (2491) – Rauf Məmmədov (2642) – 0,5:0,5

Eltac Səfərli (2635) – Vasif Durarbəyli (2635) – 0,5:0,5

Qədər Hüseynov (2610) – Zaur Məmmədov (2487) – 1:0

İzzət Kənan (2424) – Azər Mirzoyev (2549) – 0,5:0,5

Nicat Abasov (2530) – İsmayıl Şahəliyev (2273) – 1:0

Loğman Quliyev (2385) – Ülvi Bacarani (2494) – 0:1

Kənan Heydərli (2273) – Misrətdin İsgəndərov (2405) – 0,5:0,5

Elvin Bayramov (2051) – Pərviz Qasımov (2517) – 1:0

Nurlan Şabanov (2165) – Bəhruz Rzayev (2416) – 0,5:0,5

Ülvi Sadıqov (2414) – Orxan Abdulov (2342) - 0,5:0,5

Ürfan Sevdimalıyev (2505) – Vüqar Əsədli (2127) – 0:1

 

Turnir cədvəli: Rauf Məmmədov – 3,5 xal; Vasif Durarbəyli, Vüqar Rəsulov, Qədir Hüseynov, Eltac Səfərli – hamısı 3 xal...