11:56 10-01-2015
news_image
3241
TOP OYUNLARI

Azərbaycan çempionu üçün vacib oyun

Qış fasiləsində Bakıda təlim-məşq toplanışını davam etdirən “Rabitə” 2015-ci ilin ilk avrokubok sınağına çıxacaq. Apasport.az saytının məlumatına görə, son illərin dəyişməz Azərbaycan çempionu yeni ildə Çempionlar Liqasının ilk matçında Çexiyanın “Agel” klubunu qəbul edəcək.

 

Görüş Dejan Brdjoviçin yetirmələri üçün xüsusi əhəmiyyət kəsb edir. Belə ki, ilk dövrənin son matçında səfərdə rəqibinə tay-brekdə uduzan paytaxt təmsilçisi bu dəfə revanş arzusundadı.

 

Komandanın bunu bacaracağına ümidlər böyükdü. Çünki Bakıda məğlubedilməz olan “Rabitə”nin uğurlu seriyanı davam etdirəcəyi gözləniləndi. Təmsilçimizin yerli azarkeşlər qarşısında gözəl oyun göstərməsi də proqnozlaşdırılır. Onlar bununla yeni ilə qələbə ilə başlayıb, əvvəlki gücünü qaytarmaq istəyini sübuta yetirmiş də olacaqlar.

 

Düzdü, çexlərin də Bakıda ciddi müqavimət göstərəcəyi inandırıcıdı. Onlar da ilk görüşdə təsadüfi qələbə qazanmadıqlarını sübuta yetirməyə çalışacaqlar. Lakin “Agel”in indiyə kimi “Rabitə”yə səfərdə qalib gəlmədiyini nəzərə alsaq, Dejan Brdjoviçin yetirmələri aşkar favoritdilər.  

 

Bu qələbə “Rabitə”nin növbəti mərhələ şanslarını xeyli artıracaq. Çünki IV turda Rusiya çempionu “Dinamo”nu (Kazan) qəbul edəcək Polşa “Ximik”inin doğma divarlar arasında 3 xala yiyələnəcəyi gözlənilir. Nəticədə “Rabitə” “Agel”ə qalib gəldikdən sonra qrup ikinciliyi uğrunda məhz şimal qonşularımızla münasibətinə aydınlıq gətirəcək. Komandamızın “Ximik”lə Bakıda da oyununu nəzərə alsaq, həmişəki kimi mərhələ adlayacağını söyləmək mümkündü. Bunun üçün isə ilə qələbə ilə başlayıb, bunu davam etdirmək lazımdı.

 

 

Çempionlar Liqası

IV tur

15 yanvar

17:00. “Rabitə” (Azərbaycan) – “Agel” (Çexiya)

“Sərhədçi” Olimpiya Mərkəzi

 

 

Yer

Komanda

O

Q

M

3:0

3:1

3:2

2:3

1:3

0:3

S

T

X

1.

Ximik

3

2

1

2

0

0

1

0

0

8-3

247-232

7

2.

Dinamo Kazan

3

 2

1

1

0

1

1

0

0

8-5

291-270

6

3.

Rabitə

3

1

2

0

0

1

1

0

1

5-8

279-288

3

4.

Agel

3

1

2

0

0

1

0

0

2

3-8

231-258

2