13:21 10-01-2015
news_image
332
TOP OYUNLARI

“Azəryol” ilin ilk qarşılaşmasına İstanbuldan yollanacaq

Türkiyədə hazırlığını davam etdirən “Azəryol” 2015-ci ilin ilk rəsmi qarşılaşmasına İstanbuldan yollanacaq. Apasport.az saytının məlumatına görə, Super Liqanın gümüş medalçısı Bakıya dönmədən Rumıniyaya səfər edəcək.

 

Buna səbəb Çempionlar Liqasının IV turunun oyunlarıdı. II dövrənin ilk turunda “Ştiinta” ilə üz-üzə gələcək Bakı təmsilçisi Bakauya yanvarın 12-də qonşu ölkədən gedəcək. Matç isə bundan 2 gün sonra baş tutacaq.

 

Qeyd edək ki, yanvarın 3-5-də keçirilən “Qloriya Kuboku”nu bürünc medalla başa vuran Aleksandr Çervyakovun yetirmələri İstanbulda təlim-məşq toplanışına da məhz səfərə çıxacaqları gün yekun vuracaq.