14:19 10-01-2015
news_image
595
TOP OYUNLARI

Polina Rəhimovanın komandası liderliyi təhvil verdi

Qadın voleybolçular arasında Cənubi Koreya çempionatında XIX turun oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində Azərbaycan millisinin hücumçusu Polina Rəhimovanın şərəfini qoruduğu “Hyundai” bu gün EX klubunu qəbul edib.

 

Qarşılaşma təmsilçimizin komandası üçün uğursuz alınıb. Belə ki, liderlərin duelində qonaqlar üstün olublar. “Hyundai” hər 3 setdə son nöqtəni qoymağı bacarmayıb və EX çətin qələbə qazanıb – 3:0 (26:24; 29:27; 26:24).

 

Yığmamızın lideri matçda 34 xal yığıb. O, bunlardan 30-nu hücumda, 3-nü blokda, 1-ni isə eysdə qazanıb.

 

Bu məğlubiyyət “Hyundai”nin liderliyi rəqibinə verməsi ilə nəticələnib. Seul təmsilçisindən 1 oyun çox keçirən EX-in aktivində 35 xalı var. Rəhimovanın komandası isə 33 xalla 2-ci yerə enib.