09:17 12-01-2015
news_image
306
TOP OYUNLARI

Rəqiblərimizdən güclüsü bilindi

Qadın voleybolçular arasında Rusiya Superliqasında X turun oyunları başa çatıb. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində Azərbaycan klublarının rəqibləri - Kazan “Dinamo”su ilə Krasnodar “Dinamo”su bir-birini sınağa çəkib.

 

Görüş Tatarıstan təmsilçisinin qələbəsi ilə başa çatıb. CEV kubokunun 1/4 final mərhələsində “Lokomotiv”lə qarşılaşacaq krasnodarlılar evdə 1:3 (20:25, 25:21, 23:25, 22:25) hesabı ilə uduzublar.

 

Nəticədə Çempionlar Liqasında “Rabitə” ilə eyni qrupda yer alan Kazan “Dinamo”su ilk pillədə yerini daha da möhkəmlədib. Aktivində 27 xal olan komanda ən yaxın izləyicisi Moskva “Dinamo”sunu 5 xal qabaqlayırlar. Krasnodarlılar isə 20 xalla ilk “üçlüyü” qapayırlar.