16:37 12-01-2015
news_image
325
TOP OYUNLARI

Çempiondan asan qələbə

Kişi basketbolçular arasında Azərbaycan çempionatında II dövrəyə start verilib. Apasport.az saytının məlumatına görə, çempionatın oyunlarına ev sahibliyi edən "The Club Port Baku"da 2015-ci ilin ilk 4 matçı baş tutub.

 

Günün ən maraqlı qarşılaşması "Bakı" və "Dərviş" arasında olub. Belə ki, oyun ərzində üstünlüyü əldə saxlayan "Dərviş" dördüncü hissənin sonuna 36 saniyə qalmış 6 xal irəlidə olub. Amma onların qələbəsinə heç kimin şübhəsi olmadığı vaxt Anar Hacıyevin iki 3 xallıq atışı rəqibi şoka salıb. İkinci 3 xallıq atışdan sonra yerinə yetirilən cərimə atışı "Bakı"ya 61-60 hesabıyla qələbə qazandırdı.

 

Digər qarşılaşmalar isə komandalardan birinin aşkar üstünlüyü ilə keçib. Son illərin dəyişməz çempionu “Qala” isə ardıcıl 8-ci qələbəsini qazanıb.

 

"Qala" - "Araz-Naxçıvan" - 107:23

BDU - NTD - 22:79

"Baku Oilers" - AzTOP - 53:78

"Bakı" -  "Dərviş" – 61:60

 

N

Komanda

O

Q

M

T

X

1

Qala

8

8

0

856-351

16

2

AZTOP

8

7

1

566-506

15

3

NTD

8

5

3

549-507

13

4

Bakı

8

4

4

496-517

12

5

Dərviş

8

4

4

481-510

12

6

Baku Oilers

8

2

6

445-595

10

7

BDU

8

1

7

385-593

9

8

Araz-Naxçıvan

8

1

7

363-601

9