
Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən şahmat üzrə beynəlxalq turnir davam edir. Apasport.az saytının məlumatına görə, yarışın III oyun günündə Azərbaycanı təmsil edən Teymur Rəcəbov fransalı Maksim Vaşye-Laqrevlə üz-üzə gəlib.
İlk 2 turda heç-heçə edən həmyerlimiz “ənənə”sinə sadiq qalıb. Qara fiqurlarla oynayan “Sülhsevər oğlan”ımız rəqibi ilə xalları yenə yarı bölüb.
Turnir cədvəli: Vasili İvançuk (Ukrayna), Fabiano Karuana (İtaliya) – 2,5 xal; Din Lijyen (Çin), Maksim Vaşye-Laqrevlə (Fransa), Uesli So (ABŞ), Radoslav Vojtaşek (Polşa) – 2; Teymur Rəcəbov (Azərbaycan), Aniş Qiri (Hollandiya) – 1,5; Levon Aronyan (Ermənistan), Maqnus Karlsen (Norveç), Lyuk Van Veli (Hollandiya), İvan Şariç (Xorvatiya) –1; Baadur Jobava (Gürcüstan), Hou İfan (Çin) – 0,5
Qeyd edək ki, Rəcəbov bu gün Lijyenlə üz-üzə gələcək.