14:29 13-01-2015
news_image
356
TOP OYUNLARI

Azərbaycan çempionunun baş məşqçisi revanş arzusunda - FOTO

“Biz “Agel”lə ev oyununda səhvlərə yol verməməliyik. Çempionlar Liqasında pley-off iddiamızı 3 xallıq qələbə ilə davam etdirməliyik”. Apasport.az saytının məlumatına görə, bunu “Rabitə”nin baş məşqçisi Dejan Brdjoviç deyib.

 

Serbiyalı mütəxəssis Çempionlar Liqasının IV turu çərçivəsində Çexiya “Agel”i ilə oyun öncəsi fikirlərini açıqlayıb. O bildirib ki, yanvarın 15-də baş tutacaq cavab qarşılaşmasında səfərdəki 2:3 hesablı məğlubiyyətin revanşını xal itirmədən çıxmağa çalışacaqlar: “Çexiya çempionuna hörmətlə yanaşırıq. Amma onlara qarşı ən yaxşı oyunumuzu göstərib, 3 xal qazanmalıyıq”.

 

Qeyd edək ki, “Sərhədçi” Olimpiya Mərkəzində olacaq matç saat 17:00-da başlayacaq.