15:01 13-01-2015
news_image
436
TOP OYUNLARI

Kruzdan iddialı sözlər: Nəzarəti itirməməliyik

“Agel”lə növbəti matça az qalıb və vəziyyəti başa düşürük. Çexiyadakı məğlubiyyətdən sonra toparlanıb öz oyunumuzu tapmağa borcluyuq”. Apasport.az saytının məlumatına görə, bunu “Rabitə”nin kapitanı Aurea Kruz deyib.

 

Təcrübəli voleybolçu Çempionlar Liqasının IV turu çərçivəsində qarşılaşacaqları “Agel”lə (Çexiya) oyundan danışıb. Kruz bildirib ki, Bakıda keçirəcəkləri ilin ilk qarşılaşmasında əsas məqsədləri layiqli qələbə qazanıb, növbəti görüşlərdə bunu davam etdirmək istəyindədilər: “Yarışın ilk dövrəsində baş verən hər şeyi geridə buraxmaq istəyirik. Qarşıdakı matçlarda stabil oyun sistemi qurmağa çalışacağıq. Səfərdə uduzduğumuz görüşdə yaxşı formada deyildik və bu da məğlubiyyətimizdə rol oynadı. İndi isə özümüzü, oyunumuzu göstərməyin vaxtıdı. Bu dəfə evdə oynayırıq və bu səbəbdən matça nəzarəti itirməməliyik”.

 

Qeyd edək ki, səfərdə “Agel”ə 2:3 hesabı ilə uduzan “Rabitə” cavab oyununa yanvarın 15-də çıxacaq.