20:16 14-01-2015
news_image
4044
TOP OYUNLARI

“Azəryol”dan Rumıniya çempionuna zərbə - YENİLƏNİB

Azərbaycan çempionatının gümüş mükafatçısı “Azəryol” 2015-ci ilin ilk avrokubok sınağına çıxıb. Apasport.az saytının məlumatına görə, “yolçəkənlər” yeni ildə Çempionlar Liqasının ilk matçında Rumıniyanın “Şiitinta” klubunun qonağı olublar.

 

B qrupunda mübarizə aparan Aleksandr Çervyakovun yetirmələri ölkəsinin çempionunu yerli azarkeşləri qarşısında darmadağın ediblər. “Ştiinta” Bakauda oynamasına baxmayaraq, “Azəryol”a ciddi müqavimət göstərə bilməyib. Təlim-məşq toplanışı çərçivəsində İstanbulda “Qloriya kubok”unun bürünc medalını qazanan Bakı klubu rumınlara “quru hesabla” qalib gələrək, pley-offa 1 addım da yaxınlaşıblar.

 

Düzdü, rəqib ilk hissəyə yaxşı başlayıb. Amma bu uzun sürməyib. “Azəryol” təcrübəli voleybolçuları sayəsində üstünlüyü ələ alıb və seti aktivinə yazıb.

 

İkinci hissədə komandamız şou göstərib. İstanbuldakı hazırlığın nəticəsi olaraq, bütün mövqelərdə inamlı təsir bağışlayan Bakı klubu bu dəfə seti 11 top irəlidə bitirib.

 

“Azəryol” ardınca rəqibin oyunda dönüş yaratmaq istəyininin də üstündən xətt çəkib. “Şiitinta” 4:0 hesabı ilə önə keçməsinə baxmayaraq, yekunda 18:25 hesabı ilə uduzaraq, 4-cü matçda da meydanı 1 hissədə belə sevinmədən tərk edib - 0:3. 

 

Aleksandr Çervyakovun yetirmələri bu qələbə sayəsində 2-ci pillədəki yerlərini möhkəmlədərək, mərhələ adlamaq şanslarını xeyli artırıblar.

 

Qeyd edək ki, “Azəryol” Bakıda da “Ştiinta”ya 3:0 (27:25; 25:10; 25:23) hesabı ilə qalib gəlmişdi.

 

Çempionlar Liqası

IV tur

B qrupu

14 yanvar

“Şiitinta” (Rumıniya) - “Azəryol” (Azərbaycan) - 0:3 (22:25; 14:25; 18:25)

Hakimlər: Pavel Burkyevij (Polşa), Nikolay Xijnikov (Rusiya)

Bakau, İdman Sarayı

 

 

Yer

Komanda

O

Q

M

3:0

3:1

3:2

2:3

1:3

0:3

S

T

X

1.

Fənərbaxça

3

3

0

2

1

0

0

0

0

9-1

244-181

9

2.

Azəryol

4

3

1

2

0

1

0

1

0

10-5

340-307

8

3.

Nant

3

1

2

1

0

0

1

0

1

5-6

227-234

4

4.

Ştiinta

4

0

4

0

0

0

0

0

4

0-12

215-302

0