10:27 14-01-2015
news_image
308
STOLÜSTÜ OYUNLAR

Teymur Rəcəbov bu dəfə uduzdu

Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən şahmat üzrə beynəlxalq turnirdə IV turun matçlarına yekun vurulub Apasport.az saytının məlumatına görə, ilk 3 oyunda heç-heçə edən azərbaycanlı qrossmeyster Teymur Rəcəbov 4-cü cəhdində məğlubiyyətə üzülüb.

 

Təmsilçimiz çinli Din Liren qarşısında “ağ bayraq” qaldırıb. Bu məğlubiyyət Rəcəbovun 10-cu pilləyə enməsi ilə nəticələnib. Vasili İvançuk (Ukrayna) isə vahid liderə çevrilib.

 

Teymur V turda qara fiqurlarla Uesli Sonu (ABŞ) sınağa çəkəcək.

 

Turnir cədvəli: Vasili İvançuk (Ukrayna) – 3,5 xal; Fabiano Karuana (İtaliya), Din Liren (Çin) – 3; Radoslav Vojtaşek (Polşa), Uesli So (ABŞ) – 2,5; Maksim Vaşye-Laqrev (Fransa), Aniş Qiri (Hollandiya), İvan Şariç (Xorvatiya), Maqnus Karlsen (Norveç) – 2; Teymur Rəcəbov (Azərbaycan), Levon Aronyan (Ermənistan) – 1,5; Lyuk Van Veli (Hollandiya), Hou İfan (Çin) –1; Baadur Jobava (Gürcüstan) – 0,5.