18:48 15-01-2015
news_image
3988
TOP OYUNLARI

Azərbaycan çempionu qisasını aldı - YENİLƏNİB

Qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsində IV turun oyunları davam edir. Apasport.az saytının məlumatına görə, yarışda ölkəmizi təmsil edən Azərbaycan çempionu “Rabitə” 2015-ci ilin ilk avrokubok sınağına bu gün çıxıb.

 

Dejan Brdjoviçin yetirmələri “Sərhədçi” Olimpiya Mərkəzində Çexiyanın “Agel” klubunu qəbul edib. İlk dövrənin son görüşündə səfərdə rəqibinə tay-brekdə uduzan son illərin dəyişməz Azərbaycan çempionu Bakıda qisas almağı bacarıb. Komandamız aktivinə daha 3 xal əlavə edərək, pley-off istəyinə bir qədər də yaxınlaşıb. Həmçinin, 3:1 hesablı qələbə sayəsində “Rabitə” CEV kubokuna vəsiqəni əldə edib. Bakı təmsilçisinin Çempionlar Liqasında yoluna davam etmək üçün V turda da eyni uğuru təkrarlamalıdı. Çünki 6 xala malik “Rabitə” ilə “Dinamo” ikinci yerin taleyinə Kazanda baş tutacaq matçda aydınlıq gətirəcək.

 

Çexiya çempionu ilə matça gəlincə, komandanın artıq öz oyununu tapdığını söyləmək olar. Super Liqada “Lokomotiv” üzərində qələbədən sonra əhval-ruhiyyənin yüksəlməsi “Agel”lə oyunda özünü aşkar büruzə verib.

 

Belə ki, ilk seti 4 top öndə bitirən “Rabitə” növbəti hissədə azarkeşləri üçün şou göstərib. Bütün mövqelərdə rəqibini üstələyən Azərbaycan çempionu hissəni 11 top irəlidə bitirib.

 

Ardınca rəqib fərqi azaltsa da, bu, Brdjoviçin yetirmələrini ruhdan salmayıb. Əksinə, komandamız daha inamlı təsir bağışlayaraq, hücumlarının kəsərini artırıb və 25:15 hesabı ilə qalib gəlib.

 

Beləliklə, səfər itirilən 2 xal artıqlaması ilə sığortalanıb. “Rabitə” hələlik set fərqinə görə isə “Dinamo”dan geri qalır.

 

Qeyd edək ki, qrupumuzun digər oyununda "Ximik" (Polşa) "Dinamo"ya (Rusiya, Kazan) 3:1 (16:25: 25:14: 25:19; 25:22) hesabı ilə qalib gəlib.

 

A qrupu

15 yanvar

“Rabitə” (Azərbaycan) – “Agel” (Çexiya) - 3:1 (25:21; 25:12; 23:25; 25:15)

Hakimlər: Salviss Kurtiss (Latviya), Mixaylo Medved (Ukrayna)

“Sərhədçi” Olimpiya Mərkəzi

 

 

Yer

Komanda

O

Q

M

3:0

3:1

3:2

2:3

1:3

0:3

S

T

X

1.

Ximik

4

3

1

2

1

0

1

0

0

11-4

338-312

10

2.

Dinamo Kazan

4

 2

2

1

0

1

1

1

0

9-8

371-361

6

3.

Rabitə

4

2

2

0

3

1

1

0

1

8-9

377-361

6

4.

Agel

4

1

3

0

0

1

0

1

2

4-11

304-356

2