14:51 15-01-2015
news_image
515
TOP OYUNLARI

42 xala sevinə bilmədi - FOTO

Qadın voleybolçular arasında Cənubi Koreya çempionatında XX turun oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində Azərbaycan millisinin hücumçusu Polina Rəhimovanın şərəfini qoruduğu “Hyundai” bu gün GS klubunu qəbul edib.

 

Matç təmsilçimizin komandası üçün yaxşı başlasa da, yekunda qonaqlar seviniblər. Belə ki, “Hyundai”nin 2:0 hesabı ilə önə keçdikdən sonra üstünlüyü əldən verib və məğlibiyyətlə barışıb – 2:3 (30:28; 25:19; 22:25; 19:25; 8:15).

 

Rəhimova görüşdə 42 xal toplayıb. 40 dəfə hücumda dəqiq oynayan millimizin liderinin 2 servisi də qarşısıalınmaz olub.

 

Bu məğlubiyyət “Hyundai”nin daha 1 pillə geriləyərək, 3-cü yerə enməsinə səbəb olub. Rəqiblərindən 1 oyun az keçirən Seul təmsilçisi 18 oyundan 34 xal toplayıb. Onlar lider EX-dən 4 xal geri qalırlar.