16:21 15-01-2015
news_image
718
TOP OYUNLARI

Rəhman Hacıyev: Bir günə görə, məni 3 aylıq deportasiya etdilər

Rəhman Hacıyev yenicə müqavilə bağladığı “Neftçi”nin Antalyadakı təlim-məşq toplanışına qoşula bilmir. Apasport.az saytı xəbər verir ki, bu barədə jurnalistlərə “Neftçi”nin baş məşqçisi Arif Əsədov məlumat verib.

 

Onun sözlərinə görə, gənc hücumçu, ümumiyyətlə, komandanın qış hazırlığında iştirak edə bilməyəcək: “Rəhmanı Türkiyədən deportasiya etdikləri üçün futbolçunun 6 ay ərzində bu ölkəyə girişi qadağandı. Bu üzdən də toplanışa qatılmayıb. Geri döndükdən sonra bizə qoşulacaq”.

 

Rəhman Hacıyev isə əməkdaşımızla söhbətində 6 aylıq yox, 3 aylıq deportasiya olunduğunu bildirib: “Qaziantepdən qayıdanda müvəqqəti yaşama icazəsi almadıq. Fikirləşdim ki, onsuz da qayıdıram, lazım olmaz. Sadəcə, sənədləşmə işlərinə görə, bir gün gecikdim. Türklər bir günə görə məni 3 aylıq deportasiya etdilər. Onun da bir ayı artıq geridə qalıb”.

 

Qeyd edək ki, Hacıyev “Neftçi” ilə 3,5 illik müqavilə imzalayıb.