Vüqar Həşimov reytinq cədvəlində 8 pillə irəliləyib
06.08.2008 - 14:26
Vüqar Həşimov reytinq cədvəlində 8 pillə irəliləyib
Bakı. Kənan Həsənov-APA-Sport. Şahmatçıların fərdi əmsalını hesablama sisteminin müəllifi Eduard Dubov yeni reytinq cədvəlini açıqlayıb. “APA-Sport” agentliyinin məlumatına görə, 30 şahmatçının yer aldığı siyahıya 2800 xalla hazırkı dünya çempionu, hindistanlı Vişvanatan Anand başçılıq edir. Lideri ukraynalı Vasili İvançukla (2782 xal) rusiyalı Aleksandr Morozeviç (2780 xal) izləyir. Milli komandamızın üzvlərindən isə ən yüksək göstərici Teymur Rəcəbova məxsusdur. Səkkizinci pillədəki mövqeyini qoruyan 21 yaşlı qrossmeysterimizin hesabında 2739 xal var. Mövqeyində dəyişiklik qeydə alınmayan Şəhriyar Məmmədyarov 2738 xalla 9-cu sırada qərarlaşıb. Vüqar Həşimov isə 8 pillə irəliləyişə nail olub. Hesabında 2704 xal olan qrossmeysterimiz 18-ci yeri tutub.


0