Bu gün Azərbaycanın MMA idmançısı UFC-də döyüşəcək
18.03.2023 - 21:54
Bu gün Azərbaycanın MMA idmançısı UFC-də döyüşəcək

Bu gün Qazaxıstan doğumlu Azərbaycanın MMA idmançısı Rafael Fiziyev UFC-də çox vacib döyüşə çıxacaq.

Apasport.az-ın xəbərinə görə, rəqib UFC-nin  yüngül çəkidə tanınmış döyüşçülərindən olan Castin Qeycidir.

Bu, "Ataman" ləqəbli Rafael Fiziyevin MMA-da 14-cü döyüşü olacaq. 30 yaşlı idmançı bunlardan 12-də qalib gəlib, cəmi 1-də məğlubiyyətlə barışıb. Son 6 döyüşdə qalib gələn Rafael bu qələbələrə UFC-dəki çıxışı zamanı nail olub.

34 yaşlı Castin Qeyci isə indiyədək peşəkar MMA-da 27 döyüşə çıxıb. O bunlardan 23-də qalib gəlib və 4-də məğlub olub. O ötən ilin mayın 7-də braziliyalı Şarlis Oliveyraya uduzub.

Qeyd edək ki, Böyük Britaniyanın paytaxtı Londonun "O2 Arena"sında keçiriləcək əsas döyüş gecəsi Bakı vaxtı ilə saat 01:00-dan etibarən başlayacaq. Bu döyüş sondan 2-ci qarşılaşma olacaq.

0