Cüdoçumuz finalda uduzdu
26.05.2023 - 20:52
Cüdoçumuz finalda uduzdu

Avstiyanın Lints şəhərində keçirilən cüdo üzrə Qran-Pri turnirinin ikinci günü arxada qalıb.

Apasport.az saytı xəbər verir ki, tatami üzərinə çıxan idmançılarımızdan Rəşad Məmmədəliyev medal qazanıb.

73 kq çəki dərəcəsində mübarizə aparan cüdoçu finala kimi bütün rəqiblərinə qalib gəlib. Rəşad həlledici görüşdə israilli rəqibi Tohar Butbulla bacarmayıb.

Bu gün mübarizəyə qoşulan Nurlan Osmanov (73 kq) və Zelin Tskayev (81) isə medalçılar arasında yer ala bilməyiblər.

Qeyd edək ki, Qran-Prinin ilk günündə Kamran Süleymanov (66 kq) gümüş, Gültac Məmmədəliyeva (52 kq) isə bürünc medal qazanıb.
 

0