Əliabbas ilin ilk beynəlxalq güləş yarışının çempionu oldu
01.02.2023 - 23:11
Əliabbas ilin ilk beynəlxalq güləş yarışının çempionu oldu

Azərbaycanın sərbəst güləşçisi Əliabbas Rzazadə Xorvatiyanın paytaxtında keçirilən ilin ilk yarışı "Zagreb Open" turnirinin qalibi olub.

Apasport.az xəbər verir ki, 57 kq-da mübarizə aparan Rzazadə finalda yaponiyalı Yuto Nişiuçini 2:0 məğlub edib.

70 kq-da çıxış edən Hacı Əliyev isə həlledici görüşdə ABŞ təmsilçisi Alek Vilyam Pantaleo 2:5 hesabı ilə məğlub olaraq gümüş medalla kifayətlənib.

Bundan başqa, Əli Rəhimzadə (65 kq) yaponiyalı Ryoma Anrakuyu 12:1, Hacımurad Hacıyev (70 kq) hindistanlı Vişal Kaliramanaya 10:0 və Cəbrayıl Hacıyev (74 kq) Macarıstan təmsilçisi Murad Kuraməhəmmədova 5:0 qalib gələrək bürünc medal qazanıb.

Qeyd edək ki, bu gün , 86 kq-da Əbubəkr Abakarov isə ABŞ-dan olan Mark Con Holl ilə bürünc medal qazanmaq üçün üz-üzə gələcək.

Qeyd edək ki, "Zagreb Open" fevralın 5-də başa çatacaq.

0