“Eternal 7 Esport”dan ardıcıl ikinci çempionluq
25.07.2022 - 12:46
“Eternal 7 Esport”dan ardıcıl ikinci çempionluq

Azərbaycanı beynəlxalq arenalarda təmsil edən “Eternal 7 Esport” növbəti dəfə çempion tituluna yiyələnib. 

Apasport.az saytının məlumatına görə, kiberidman üzrə ən güclü oyunçulardan qurulan komanda Gaming League Azərbaycanın təşkil etdiyi 32 klubun iştirakı ilə baş tutan Valorant turnirində bütün rəqiblərini qabaqlayıb.

Tamerlan Babayev, Behbud Zeynalov, Ramal Teyyubov, Gökhan Efe Serin, Əli Səfərli, Səbuhi Namazov, Musa Axundlu və Əli Əliyevin formasını geyindiyi “Eternal 7 Esport” yarımfinalda 5 qat Azərbaycan çempionu “Pirallahı”nı, finalda isə “Bibiheybət”dən güclü olub. 

Komandanın rəhbəri Tamerlan Babayev ardıcıl ikinci dəfə birinciliyi əldə etdikləri üçün xoşbəxt olduğunu bildirib: “Komandamıza dəstək olan Nicat Manafova, Nuri Məmmədova və Seymur Həşimova dərin təşəkkürümü bildirirəm. Hazırda komandamız tətilə yollanıb. Daha sonra qaldığımız yerdən məşqlərə davam edəcəyik. Hədəfimiz Avropada Azərbaycanı layiqincə təmsil edib çempionluq qazanmaqdır”.
 

0