Kadi Borqes: “Mümkün olan bütün titulları ilk mövsümdə qazandım”
27.05.2022 - 22:04
Kadi Borqes: “Mümkün olan bütün titulları ilk mövsümdə qazandım”

“Final gözlədiyimiz kimi çətin oldu”.

Apasport.az saytının məlumatına görə. bunu “Qarabağ”ın futbolçusu Kadi Borqes deyib.

O, Azərbaycan kubokunun “Zirə” ilə Qəbələdəki finalından sonra qələbə (1:1, p.4:3) barədə fikirlərini “CBC Sport”a açıqlayıb: “Finalın çətin olacağını bilirdik. Bu möhtəşəm komandadakı yoldaşlarıma təşəkkür edirəm. Mövsümlə bağlı hisslərimi ifadə etməyə söz tapmıram. Mümkün olan bütün titulları ilk mövsümdə qazandım. Bu klub bir ailədir. Hamısına təşəkkür edirəm. Azarkeşlər ötən mövsüm avrokubokda göstərdiyimiz əzmkarlığı yenidən gözləyə bilərlər”.
 

0