Mikael İshak “Qarabağ”la oyunu dəyərləndirdi
04.07.2022 - 16:28
Mikael İshak “Qarabağ”la oyunu dəyərləndirdi

“Ardıcıl üç ağır oyuna çıxacağıq. Təbii ki, bu, heç də asan deyil”.

Apasport.az saytının məlumatına görə, bunu “Lex”in isveçli futbolçusu Mikael İshak Çempionlar Liqasının I təsnifat mərhələsində “Qarabağ”la keçiriləcək oyunöncəsi mətbuat konfransında deyib.

29 yaşlı hücumçu yeni mövsümün startında sıx qrafiklə matçlara çıxacaqlarını xatırladıb: “Qarabağ”la Çempionlar Liqası oyunları arasında Polşa Super Kuboku matçına da çıxacağıq. Demək olar ki, üç gündən bir çıxış edəcəyik. Bu da çox çətindir. Buna baxmayaraq, bütün oyunlara qələbə qazanmaq, müsbət nəticə əldə etmək üçün çıxacağıq. Həm Çempionlar Liqası, həm də Super Kubok oyunları asan deyil. Ancaq bunun öhdəsindən gələcəyimizə inanıram”.

Qeyd edək ki, sabah Poznanda keçiriləcək “Lex” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
 

0