Milli komandamızdan minimalhesablı qalibiyyət - YENİLƏNİB
09.06.2026 - 23:54
Milli komandamızdan minimalhesablı qalibiyyət - YENİLƏNİB

Azərbaycan milli komandası bu gün ikinci yoldaşlıq oyununa çıxıb.

Apasport.az xəbər verir ki, Avstriyada təlim-məşq toplanışında olan milli komandamız San Marino ilə qarşılaşıb.

Görüşdə hesabı rəqib komanda açıb. Lakin yığmamız iki qol vuraraq qələbə qazanmağı bacarıb.

Qeyd edək ki, yığmamız iyunun 5-də keçirdiyi ilk görüşdə Malta millisinə 0:2 hesabı ilə məğlub olub.

Yoxlama oyunu
22:00. Azərbaycan – San Marino 2:1
Qollar: R. Daşdəmirov, 27, R. Dadaşov, 49 - N. Nanni, 8
Azərbaycan: 
12. Şahruddin Məhəmmədəliyev, 4. Rahil Məmmədov, 18. Cəlal Hüseynov, 2. Rəhman Daşdəmirov, 18. Tellur Mütəllimov, 6. Səbuhi Abdullazadə, 8. Emin Mahmudov (k), 25. Rüfət Abbasov, 26. Ayxan Hüseynov, 11. Rüstəm Əhmədzadə, 9. Renat Dadaşov
Baş məşqçi: Ayxan Abbasov
San Marino: 1. Kolombo, 12. Tosi, 15. Posolini, 5. Celovi, 4. Fabbri, 18. Zannoni, 8. Kapiççioni, 25. Meloni, 21. Latsari, 11. Cakopetti, 9. Nanni (k)
Baş məşqçi: Roberto Cevoli
Hakimlər: Marton Ruş, Balaş Şert, Balaş Şalai, Bençe Çsonka (hamısı Macarıstandan).
Sombatxey, "Haladaş" stadionu.