“Neftçi” legioner qaydasını pozdu
02.12.2022 - 17:32
“Neftçi” legioner qaydasını pozdu

“Neftçi” heyətinə legioner futbolçu qatdığı üçün cəzalanıb.

Apasport.az saytının məlumatına görə, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verib.

Bakılılar AFFA Yüksək Qızlar Liqasının Əsasnaməsini pozub. Yüksək Liqada legioner iştirakına icazə verilmir.

“Ağ-qaralar” Nyah Marie Petcunu heyətinə qatıb. O, VI turun “Sumqayıt”la səfər oyununda ehtiyat heyətində yer alıb. Buna görə “Neftçi”yə xəbərdarlıq edilib.

VII turun 8 №-li İOEUGiM ilə matçında isə legioner əsas heyətində yer alıb. Həmin görüşdə “ağ-qaralar”a texniki məğlubiyyət verilib.

0