Qara Qarayev: "Qalatasaray"la oyunda rotasiya qaçılmazdır"
25.03.2023 - 20:19
Qara Qarayev: "Qalatasaray"la oyunda rotasiya qaçılmazdır"

"Bu oyuna diqqət ayırdığı üçün hər kəsə təşəkkür edirəm. Türkiyə klubları ilə oynamaq bizim üçün motivasiyadır. Matçın mahiyyətini hər kəs bilir. Xüsusi qeyd etməli bir şey yoxdur. Türkiyənin böyük klublarından olan "Qalatasaray"ı burada qonaq etmək həm "Qarabağ" üçün, həm də ölkə futbolu üçün əlamətdar hadisədir. Hər kəsi oyuna dəvət edirəm. Hər 2 komanda üçün dəstək lazımdır. Düşünürəm ki, sabahkı matç bütün azarkeşlərin zövqünü oxşayacaq".

Apasport.az-ın məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Qara Qarayev deyib.

O, "Qalatasaray"la keçiriləcək xeyriyyə oyunu barədə danışıb. Qara Qarayevin sözlərinə görə, bununla belə, matç çətin olmayacaq: "Xeyr, çətin deyil. Heyətimizin tam olub-olmamasından asılı olmayaraq, gücümüzü azarkeşlərimizdən almışıq. Onların sayəsində tam heyət ola bilərik. Məcburiyyətdən belədir. Əksər oyunçularımız milli komandalardadır. Rotasiyalar qaçılmazdır. Amma buna baxmayaraq, Türkiyənin ən yaxşı komandası olan "Qalatasaray"a qarşı "Qarabağ"ın adı üçün oynayacağıq".

0