“Qarabağ” - “Lex”: Favorit kimdir?
12.07.2022 - 16:29
“Qarabağ” - “Lex”: Favorit kimdir?

Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində “Qarabağ” (Azərbaycan) - “Lex” (Polşa) oyununun əmsalları açıqlanıb. 

Apasport.az saytının məlumatına görə, bukmeker kontorları öz meydanında mübarizə aparacaq Ağdam təmsilçisini matçın favoriti sayırlar. 

Bu gün Bakıda Tofiq Bəhramov adına Respublika Stadionununda baş tutacaq matçda “Qarabağ”ın qələbəsi 1,77, məğlubiyyəti 4,30 əmsaldır. Qarşılaşmada heç-heçəyə 3,38 əmsal verilib.
 
Qeyd edək ki, qarşılaşma saat 20:00-da başlayacaq. 
 

0