“Qarabağ” “Neftçi” önündə aşkar FAVORİTDİR
01.10.2022 - 14:21
“Qarabağ” “Neftçi” önündə aşkar FAVORİTDİR

Misli Premyer Liqasının VIII turunun mərkəzi oyununda “Qarabağ” “Neftçi”ni qəbul edəcək.

Apasport.az saytının məlumatına görə, əzəli rəqiblərin görüşünün əmsalları açıqlanıb. 

Azərbaycan derbisi sayılmasına baxmayaraq, bukmeker kontorları Qurban Qurbanovun kollektivinin qələbəsinə güvənir. Buna görə də ağdamlılar aşkar favorit sayılıb.

“Azersun Arena”dakı oyunda “Qarabağ”ın qələbəsi 1,43-dürsə, “Neftçi”nin qalibiyyəti 7,00 əmsaldır. Matçda heç-heçəyə 4,10 əmsal verilib.

Qeyd edək ki, “Qarabağ” – “Neftçi” görüşü saat 18:00-da start götürəcək.

0