“Uembli”də PUL YAĞIŞI
28.09.2022 - 16:23
“Uembli”də PUL YAĞIŞI

Millətlər Liqasının son turunun İngiltərə - Almaniya oyunu təkcə qollarla deyil, həm də böyük əmsallı uduşlarla zəngin olub.

Apasport.az saytının məlumatına görə, “Uembli”dəki qol yağışı proqnozsevərlərin başına pul yağışına çevrilib.

3:3 hesablı heç-heçə üç betterin ağlasığmaz mərcini reallığa çevirib.

Bir proqnozsevər matçın fasiləsində 2 funt sterlinqdən keçərək qarşılaşmanın 3:3 hesabı ilə başa çatması ilə bağlı dəqiq hesaba proqnoz verib. İlk 45 dəqiqədən sonra hesab açılmadığı üçün bu uduşun əmsalı 201-ə bərabər olub. Görüşün sonunda xoşbəxt better 402 funtu cibinə qoyub.

Bukmeker kontorunun daha bir müştərisi isə meydana sonradan çıxan ingiltərəlilər Bukayo Saka və Meyson Maunt, həmçinin almaniyalı Serj Qnabrinin çərçivəyə birdən artıq zərbə vuracağına mərc edib. O, buna 17 funt yatırıb. “Üçlük” onu sevindirib. Proqnozsevər 1208 funt qazanıb.

Onlardan fərqli, digər better heç oyunun sonunu da gözləməyib. O, yerli vaxtla saat 21:15-də, yəni Almaniya millisi 2:0 hesabı ilə öndə olan vaxt İngiltərənin qələbəsinə 10 funt sterlinq mərc edib. Həmin vaxt üçün bunun əmsalı 100-ə bərabər olub. Ağıllı tərpənən better almanlar hesaba tarazlıq gətirənədək uduşunu almağı bacarıb.

Qeyd edək ki, bu görüşün 52-ci dəqiqəsində almaniyalı İlkay Gündoğan hesabı açıb. Onun komanda yoldaşı Kay Haverts 67-ci dəqiqədə fərqi ikiyə çatdırıb, 87-ci dəqiqədə bərabərlik qolunu vurub. Lük Sou (71-ci dəqiqə), Meyson Maunt (75-ci dəqiqə) və Harri Keyn (83-cü dəqiqə) qısa müddətdə ingilislərin üç qoluna imza atıb.

0