[b]DÇ-2018: Mundialda iştirak edəcək hakimlərdən biri ömürlük cəzalandırıldı[/b]
15.05.2018 - 00:02
Səudiyyə ərəbistanlı hakim Fəhad Əl-Mirdasi ömürlük hakimlikdən uzaqlaşdırılıb. Apasport.az saytının məlumatına görə, buna səbəb onun danışılmış oyunlarda iştirak etməsidir.
Ərəbistan kubokunun finalında oyun gedərkən matçdan kənarlaşdırılan referi finalçı komandalardan birinə məktub yollayaraq nəticəni onların xeyrinə həll etmək üçün kömək vəd etmişdi.
Hakim hazırda həbsdədir.
O, 2017-ci il Konfederasiyalar Kubokunda 3-cülük oyununda və Rio-2016 Olimpiadasında hakimlik edib.
Qeyd edək ki, Əl-Mirdası FİFA-nın Rusiyada keçiriləcək DÇ-2018 üçün seçdiyi hakimlərdən biri idi.
- Güllə atıcılığı üzrə Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib
- Azərbaycanın trek yığması Avropa çempionatında iştirak edəcək
- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
0
0