Rusiyada keçiriləcək DÇ-2018-də veriləcək mükafatlar və onların sahiblərinə təqdim edəcək komissiyanın tərkibi bəlli olub. Apasport.az saytının məlumatına görə, yarışda qızıl, gümüş və bürünc toplar, ən yaxşı bombardir, 1997-ci il və daha sonra anadan olanlar üçün təsis edilən ən gənc oyunçu və feyr-pley mükafatlarını xüsusi komissiya verəcək.
Bura 6 dünya çempionatının iştirakçısı, Braziliyanı qızıl medallara daşımış Karlos Alberto Parreyra başçılıq edəcək. Onun rəhbəri olduğu komissiyada nigeriyalı Emanuel Amunike, serbiyalı Bora Milutinoviç, hollandiyalı Marko van Basten, italiyalı Alessandro Nesta, şotlandiyalı Endi Roksburq da yer alıblar.
Qeyd edək ki, iyunun 14-də başlayacaq mundial iyulun 15-dək davam edəcək.
- AMADA və Almaniyanın Milli Antidopinq Agentliyinin rəhbərliyi arasında görüş keçirilib
- AMADA rəsmisi Avropa Şurasının Antidopinq Konvensiyasının iclasında iştirak edib
- Ölkədən kənarda Azərbaycanın 22 idmançısı antidopinq testindən keçib
- Beynəlxalq Olimpiya Komitəsindən MOK-a cavab
- AMADA-nın aparıcı mütəxəssisləri EUPC-də iştirak ediblər