İslam Həmrəyliyi Oyunları çərçivəsində keçiriləcək qadın həndbolçular arasında yarışların təqvimi bəlli olub. Apasport.az saytının məlumatına görə, yarışda 5 komanda iştirak edəcək.
Mayın 9-da start götürəcək turnirdə Azərbaycan millisi ilə yanaşı, Türkiyə, Özbəkistan, Kamerun və Fil Dişi Sahili də mübarizə aparacaq. Yarışın əsas favoritləri Azərbaycanla Türkiyə son turda üz-üzə gələcək.
Lakin yarış dairəvi sistemlə yekunlaşmayacaq. İlk iki yerin sahibi qızıl, növbəti iki pillədə qərarlaşanlar bürünc üçün yenidən qarşılaşacaq.
I tur, 9 may
Fil Dişi Sahili – Türkiyə
Özbəkistan – Azərbaycan
II tur, 10 may
Kamerun – Azərbaycan
Türkiyə - Özbəkistan
III tur, 11 may
Özbəkistan – Kamerun
Azərbaycan – Fil Dişi Sahili
IV tur, 12 may
Fil Dişi Sahili – Özbəkistan
Kamerun – Türkiyə
V tur, 13 may
Fil Dişi Sahili – Kamerun
Azərbaycan – Türkiyə
14 may
III yer uğrunda oyun
III yerin sahibi – IV yerin sahibi
Final
I yerin sahibi – II yerin sahibi