“Formula-1” üzrə Azərbaycan Qran-prisi ərəfəsində Bakıda konsert proqramı ilə çıxış edəcək Nikol Şerzinger diqqət mərkəzinə düşüb. Apasport.az saytının məlumatına görə, amerikalı müğənni sosial şəbəkədə seksual paylaşımlar edib.
İyunun 24-də “The Black Eyed Peas” qrupu ilə birgə “Formula-1” azarkeşləri üçün ən çox sevilən mahnılarını səsləndirəcək Şerzinger Bakıya istirahətdən sonra gəlməyi məqsədəuyğun sayıb. 39 yaşlı cazibədar xanım paytaxtımıza səfəri ərəfəsində son bazar gününü Los-Ancelesdə hovuzda keçirib. O, həmin anları əks etdirən fotolar və videonu “İnstagram”da paylaşmaqdan çəkinməyib.
İngiltərəli məşhur pilot Luis Hamiltonun həyat yoldaşı olan müğənni bununla bir neçə ağır iş həftəsinin stressini üzərindən atıb. Havada “şpaqat” açaraq hovuza tullanan Şerzinger seksual rəqsini də səhifəsindən paylaşıb.
- AMADA və Almaniyanın Milli Antidopinq Agentliyinin rəhbərliyi arasında görüş keçirilib
- AMADA rəsmisi Avropa Şurasının Antidopinq Konvensiyasının iclasında iştirak edib
- Ölkədən kənarda Azərbaycanın 22 idmançısı antidopinq testindən keçib
- Beynəlxalq Olimpiya Komitəsindən MOK-a cavab
- AMADA-nın aparıcı mütəxəssisləri EUPC-də iştirak ediblər