Braziliyada keçirilən dünya çempionatında qrup mərhələsi başa çatmaq üzrədir. Apasport.az saytının məlumatına görə, bu gecə C və F qruplarında III turun görüşləri baş tutacaq.
Əvvəlcə Yaponiya - Kolumbiya və Yunanıstan - Kot-d’İvuar görüşləri keçirilib. Növbəti mərhələyə vəsiqə qazanmış Kolumbiyaya qrup lideri olmaq üçün 1 xal da kifayət edirdi. Ancaq komanda yaponları darmadağın edib. Oyun 4:1 hesabı ilə baaşa çatıb.
Bu qrupun maraqla gözlənilən görüşü isə Yunanıstan - Kot-d’İvuar matçı olub. Gərgin oyunun taleyi sonuncu dəqiqələrdə həll olunub. 90-cı dəqiqəyə qədər matçda hesab 1:1 olub və bu Afrika təmsiliçisinə növbəti mərhələyə çıxmaq imkanı verirdi. Amma son dəqiqədə Kot-dİvuar futbolçularının kobud və lazım olmayan qayda pozuntusu yunanlara penalti hüququ verib. Samaras zərbəni dəqiq yerinə yetirərərk komandasının 1/8 finala çıxarıb.
Nigeriya – Argentina matçı isə F qrupunun həm qrup liderliyi, həm də tərəflərin şəxsi görüşləri baxımından prinsipial idi. Qalib gələn tərəf 1/8 finala lider kimi yollanıb. Bu kimanda Argentina millisi olub. Argentinalılar 3:2 hesabı ilə qalib gəliblər.
Bosniya və Herseqovina ilə İranın görüşü isə İslam aləmi üçün güclünü müəyyənləşdirmək baxımından maraqlı olub. Cənub qonşularımızın 1/8 final şansları qalsa da, onlar bu şansdan istifadə edə bilməyiblər. İran 3:1 hesabı ilə məğlub olaraq turniri sonuncu yerdə başa vurub.
25 iyun
C qrupu
Yaponiya - Kolumbiya - 1:4
Qollar: Okazaki, 45 - Quadrado, 17 (pen); Martines, 55; 82; Rodriqes, 90
Hakim: Pedru Proensa (Portuqaliya)
Kuyaba. “Arena Pantanal”
Kolumbiya: Ospina, Arias, Armero, Quadrado, Guarin, Mejia, Balanta, Ramos, Quintero, Martines, Valdes
Yaponiya: Kavaşima, Ucida, Honda, Naqatomo, Okazaki, Kaqava, Okubo, Aoyama, Konno, Hasebe, Yoşida
Yunanıstan – Kot-d’İvuar - 2:1
Qollar: Samaris, 42; 90 - Bony, 74
Hakim: Karlos Vera (Ekvador)
Fortaleza. “Kastelan” stadionu
Yunansıtan: Karnezis, Maniatis, Manolas, Samaras, Kone, Karagounis, Salipingidis, Torosidis, Lazaros, Sokrates, Czolevas
Kot-dİvuar: Copa, Boka, Kolol, Kalu, Tiot, Jervinyo, Droqba, Aurier, Yaya, Die, Bamba
Kolumbiya |
3 |
3 |
0 |
0 |
9-2 |
9 |
Yunanıstan |
3 |
1 |
1 |
1 |
2-4 |
4 |
Kot-d’İvuar |
3 |
1 |
0 |
2 |
4-5 |
3 |
Yaponiya |
3 |
0 |
1 |
2 |
2-6 |
1 |
F qrupu
Nigeriya - Argentina - 2:3
Qollar: Musa, 4; 47 - Messi, 3; 45; Roxo, 50
Hakim: Nikola Ritsoli (İtaliya)
Portu-Aleqri. “Beyra-Rio” stadionu
Nigeriya: Enyeama, Yobo, Ambrose, Musa, Odemvingie, Emenike, Mikel, Oshaniva, Onazi, Babatunde, Omerio
Argentina: Romero, Qaray, Zabaleta, Qago, Di Maria, İquain, Messi, Maskerano, Roxo, Fernandes, Aquero
Bosniya və Herseqovina – İran - 3:1
Qollar: Dzeko, 23; Pyaniç, 59; Vrşajeviç, 83 - Reza, 82
Hakim: Karlos Velasko Karbalyo (İspaniya)
Salvador. “Arena Fonte Nova”
Bosniya və Hersoqovina: Beqoviç, Vrsajeviç, Spahiç, Kolaşinaç, Beşiç, Pyaniç, İbişeviç, Dzeko, Suşiç, Sunjiç, Haziç
İran: Həqiqi, Safi, Hüsseyni, Əmirhüsseyn, Nekounam, Masud, Andranik, Möntezari, Rza, Degah, Mehrdad
Argentina |
3 |
3 |
0 |
0 |
6-3 |
9 |
Nigeriya |
3 |
1 |
1 |
1 |
3-3 |
4 |
Bosniya və H |
3 |
1 |
0 |
2 |
4-4 |
3 |
İran |
3 |
0 |
1 |
2 |
1-4 |
1 |