11 matç, 6513,06 əmsal və UDUŞ
29.09.2022 - 17:27
11 matç, 6513,06 əmsal və UDUŞ

Bukmeker kontorlarında daha bir böyük əmsallı kuponun uduşu qeydə alınıb.

Apasport.az saytının məlumatına görə, proqnozsevər futbol oyunlarının az keçirildiyi sentyabrın 28-də digər növlərə üstünlük verib.

O, voleybol və basketbol üzrə 11 matça mərc gəlib. Kuponun əmsalı nə az, nə çox – 6513,06-ə bərabər olub.

Böyük vəsaitlə risk etməyən better cəmi 20 Rusiya rublu (59 qəpik) ilə risk edib. Yekunda 130 min 261 rubl (3842,70 manat) qazanıb.

Qeyd edək ki, dünya çempionatından tutmuş Filippin kubokuna qədər bir sıra yarışların matçları yer alıb.
 

0